Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
Publika.az "Yeni Sabah"a istinadla xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov "professor" elmi adı alıb.
Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.
General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.