Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" bu gün 2-ci bundesliqanın 32-ci turunda Drezden "Dinamo"sunun qonağı olacaq. Matç saat 15.00-da başlayacaq.
Hazırda "qırmızı iblislər" 46 xalla 7-ci, rəqib isə 35 xalla 12-ci sıradadı. İş ondadı ki, qonaqların baş məşqçisi Torsten Liberknext bu dəfə də Mahirin adını matçın iştirak ərizəsinə salmayıb! Görünür, həmvətənimiz qürbətdə sözün əsl mənasında ciddi problemlə üz-üzədi!
Xatırladaq ki, Mahirin adı ötən tur "Braunşveyq"ə qarşı oyunda da yox idi. O, 29 və 30-cu tur görüşlərində isə əvvəldən sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Ümumiyyətlə, Emreli cari mövsümdə 2-ci bundesliqada cəmi 10 görüşdə forma geyib, 1 qol vurub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta