AZ

Millət vəkili Məşhur Məmmədovun seçici qəbulları: Vətəndaş müraciətləri dinlənilir, həll mexanizmləri gücləndirilir » AzadMedia.az


Masallı rayonunda ictimai-siyasi tədbirlərlə yanaşı, seçici qəbulları da mütəmadi şəkildə davam etdirilir. YAP Masallı rayon təşkilatının inzibati binasında keçirilən növbəti görüşlərdə deputat Məşhur Məmmədov seçicilərlə həm fərdi, həm də səyyar formatda görüşlər keçirib.
Bu barədə millət vəkili sosial media hesabında paylaşım edib.
Görüşlər zamanı vətəndaşların müraciətləri dinlənilib, səlahiyyət çərçivəsində həll edilə bilən məsələlər operativ şəkildə yerinə yetirilib. Daha çox zaman və aidiyyəti qurumların iştirakı tələb edən müraciətlər isə qeydiyyata alınaraq müvafiq orqanlara yönləndirilib və vətəndaşlara lazımi istiqamət verilib.
Qeyd olunub ki, müasir dövrün tələblərinə uyğun olaraq bir sıra müraciətlərin artıq rəqəmsal imkanlar vasitəsilə, evdən çıxmadan həll edilməsi mümkündür. Bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə kəndlərdə yaşayan vətəndaşlar üçün rəqəmsal bacarıqların artırılması məqsədilə təlimlərin təşkili məsələsinə diqqətin artırılacağı bildirilib.
Görüşlərdə sevindirici məqamlardan biri də vətəndaşların bir qisminin yaradılan şəraitə, problemlərin operativ həllinə görə dövlətə və aidiyyəti qurumlara təşəkkürlərini çatdırmaq üçün qəbullara gəlmələri olub.
Deputat Məşhur Məmmədov və seçicilər bir daha qeyd ediblər ki, vətəndaş müraciətlərinə həssas yanaşma və onların həlli dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət vətəndaş məmnunluğunun artırılmasına, sosial rifahın gücləndirilməsinə və xidmətlərin əlçatanlığının təmin olunmasına xidmət edir.
Görüşlər zamanı həm deputat, həm də seçicilər ölkədə yaradılan şəraitə və vətəndaşlara göstərilən diqqətə görə dövlətə və dövlət başçısına təşəkkürlərini ifadə ediblər.
Qəbulların və görüşlərin növbəti günlərdə də davam etdiriləcəyi bildirilib.
Seçilən
27
1
azadmedia.az

2Mənbələr