AZ

İranda 2 nəfər dar ağacından asıldı » AzadMedia.az


İran hakimiyyəti İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan iki şəxsi edam edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda günahlandırılan Yaqub Kərimpur və Nasir Bəkrzadə adlı şəxslər qanunla müəyyən edilmiş prosedura uyğun olaraq, ölkənin ali məhkəməsi tərəfindən hökmün təsdiqindən sonra dar ağacından asılıblar.

Kərimpurun ABŞ və İsraillə münaqişənin açıq fazası zamanı “Mossad”a ölkə haqqında məxfi məlumat ötürdüyü bildirilir. Bəkrzadənin də xarici kəşfiyyat xidmətinin əməkdaşlarına mühüm dövlət, əyalət və dini xadimlər, həmçinin Natanz kimi İran üçün əhəmiyyətli yerlər barədə məlumat topladığı və ötürdüyü iddia olunur.
Seçilən
23
4
azadmedia.az

5Mənbələr