AZ

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində maraqlı anlar yaşanıb.

Far.Az xəbər verir ki, Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın körpə oğlu Rəşad efirə gətirilib.

Əslində Sevil Əliyeva verilişə dəvət olunub.

Lakin o gələ bilmədiyindən oğlunu efirə göndərib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktı zamanı 16 yaşlı Sevil və onun səkkiz yaşlı qardaşı Hüseynin hər iki valideyni dağıntı altında qalaraq həyatlarını itirmişdi.

Qeyd edək ki, terror hadisəsi baş verən gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşı Talış adlı oğlanın xilas etdiyini bildirmişdi.

Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.

Seçilən
27
far.az

1Mənbələr