AZ

Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər bir sıra regional platformalarda və dövlətlərdə Azərbaycana qarşı sistemli qarayaxma kampaniyası aparılır.

Erməni lobbisi və diasporu tərəfindən təşkil olunan bu çirkin təbliğatın qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər mövzularında həyata keçirilən təxribatlar Azərbaycana qarşı beynəlxalq səviyyədə təzyiqləri artırmaq məqsədi daşıyır.

Azərbaycan əleyhinə bu cür əsası olmayan çirkin hücumlar dəfələrlə baş verib. Lakin Azərbaycan dövləti belə saxta ittihamların qarşısında heç vaxt geri çəkilməyib və nəticədə haqlı olduğunu sübut edib.

Bu dəfə anti-Azərbaycan kampaniyasının aparılması üçün indiki dönəmin seçilməsi isə xüsusi diqqəti cəlb edir. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edir və Azərbaycanı “hərbi əsirlər” adı ilə Bakıda məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmiş erməniəsilli müharibə cinayətkarlarını azadlığa buraxmağı tələb edir.Eyni zamanda, Avropa Parlamenti erməniləri Qarabağa qaytarmağa çağırış edib. Halbuki bu Azərbaycan Avropa İttifaqının üzvü olmadığına görə bu qurum qarşısında hər hansı hüquqi öhədlik daşımır. 

Ona görə də avropalı deputatların qəbul etdiyi bu qətnamə Azərbaycanın daxili işlərinə müdaxiı olmaqla yanaşı, hər hansı hüquqi qüvvəyə malik deyil. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Avropa Parlamenti belə mandata malik deyil. 

Buna baxmayaraq, bu günlərdə ortaya çıxan bir videomaterial Azərbaycan qarşı informasiya savaşının və siyasi təzyiq cəhdlərinin arxasında dayanan qüvvələrin əsl niyyətini aşkara çıxartdı.

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun və onun oğlunun videogörüntüləri və səsyazmaları erməni “kart”ından Azərbaycana qarşı istifadənin əslində, antitəbliğat deyil, cinayət əməli olduğunu sübut etdi.

Luis Okampo Rusiyada yaşayan varlı ermənilərlə əlbir olaraq rəsmi Bakıya qarşı kampaniya apardığını və bu məqsədlə xüsusi fond da yaradıldığını deyib. Eyni zamanda, o, ABŞ-dəki fondlardan birindən də pul (rüşvət-red.) aldığını etiraf edib.

Sabiq prokurorun açıqlamaların məlum olur ki, bu işdə Rusiyada, Avropada və ABŞ-dəki erməni diasporu birlikdə hərəkət edib. Okamponun oğlu əsas hədəflərinin yalnız Azərbaycan deyil, həm də Ermənistanda Nikol Paşinyanı devirmək olduğunu deyib. 

Yəni Kremlin siyasi sifarişini yerinə yetirən Rusiyadakı erməni diasporu, Avropada və ABŞ-dəki radikal mövqeyə malik, Ermənistanın revanşist müxalifətinə dəstək verən diaspora ilə əlbir olub.

Məqsəd isə erməniləri Qarabağa qaytarmaq, Bako Saakyan, Araik Harutyunyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi cinatətkarları həbsdən buraxdırmaq və Azərbaycan ərazisində erməni separatizmini bərpa etmək olub.

Eyni zamanda, Paşinyanı devirməklə Samvel Karapetyanın, yaxud Robert Köçəryanın hakimiyyətə gəlməsinə şəriat yaratmaq olub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq və münaqişəni bərpa etməyə çalışıblar.

Bu planın isə Rusiya tərəfindən hazırlandığı, Moskvanın erməıni diasporunun vasitəsi ilə bu işə külli miqdarda pul xərclədiyi aydın olur. Görünür, Rusiya siyasi dairələri Qərbdəki erməni lobbisini rüşvətlə ələ alıb. ABŞ-də və Avropadakı erməni diasporunun bu proseslərdə maraqları üst-üstə düşür. 

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmağa daha yaxın olduğu bir vaxtda xaricdən təşkil edilən qarayaxma kampaniyasının hansı hədəflərə xidmət etdiyini görmək olar.

Çünki istər Rusiya, istərsə də Qərbdəki avantürist erməni diasporu Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə, Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyini, Azərbaycanla sülh sazişinin imzalanacağını və Zəngəzur dəhlizinin tikintisi üçün işlərə başlanılacağını bilirlər. 

Ona görə də seçkilərə qədər bütün istiqamətlərdə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Lakin Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqları dəyişmək gücündə olmadıqlarından qarayaxma ilə vəziyyəti dəyişəcəklərinə ümid edirlər. 

Müşfiq Abdulla       

“Cebheinfo.az”

Açar sözlər:

Azərbaycan kampaniya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr