ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Real" baş məşqçi postu üçün Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirmir.
Sportal.az xəbər verir ki, bu barədə "Radio MARCA" məlumat yayıb.
İtaliyalı mütəxəssis daha əvvəl potensial namizədlər siyahısına daxil idi. Alleqri hətta klub prezidenti Florentino Peres tərəfindən dəstəklənirdi. Lakin hazırda “kral klubu”nun rəhbərliyi bu variantdan imtina edib və digər namizədləri nəzərdən keçirir.
"Real" hazırkı baş məşqçi Alvaro Arbeloanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda yeni çalışdırıcı axtarışlarını davam etdirəcək. Klubda Joze Mourinyo da olmaqla bir neçə başqa variant dəyərləndirilir. Lakin yekun qərar hələ verilməyib.
Eyni zamanda Massimiliano Alleqri diqqətini "Milan"dakı işinə yönəldib və mövsümün sonunda komandanın Çempionlar Liqasına vəsiqə qazanmasına kömək etməyə çalışır.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.