Lənkəranda tanınmış iş adamı ölüb.
Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, rayonda fəaliyyət göstərən çay şirkətlərindən birinin rəhbəri Murad Abdulla oğlu Mutlu qəfil dünyasını dəyişib. Hadisənin ötən axşam baş verdiyi bildirilir.
46 yaşlı iş adamı yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tarix: 2 May 2026, 15:22