AZ

Lənkərandaçay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri Murad Abdulla oğlu Mutlu vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türkiyə vətəndaşı olan 1980-ci il təvəllüdlü Murad Mutlu axşam saatlarında qəfil səhhətində yaranan narahatlıq səbəbindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Mərhumun nəşi daxili və xarici müayinənin aparılması məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.


Qeyd edək ki, uzun illərdir Azərbaycanda yaşayan Murad Mutlu azərbaycanlı xanımla ailə qurmuşdu və iki övladı var idi. O, Lənkəranda fəaliyyət göstərən çay fabriklərindən birinin rəhbəri kimi tanınırdı.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
13
2
bizim.media

10Mənbələr