24 illik fasilədən sonra dünya çempionatında oynamağa haqq qazanan Türkiyə yığmasının turnir öncəsi hazırlıq planları dəqiqləşib.
"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası mundialdan öncə iki yoxlama oyunu keçirəcək. Türkiyə Futbol Federasiyasından verilən məlumatda ''ay-ulduzlular''ın iyunun 1-də İstanbulda Şimali Makedoniya, iyunun 6-da Floridada Venesuela ilə qarşılaşacağı bildirilib. Oyunların stadionları və başlama saatları qarşıdakı günlərdə açıqlanacaq.
Xatırladaq ki, DÇ-2026-yə 4-cü ''səbət''dən daxil olan Türkiyə D qrupunda çıxış edəcək. Vinçentso Montellanın komandası iyunun 13-də Avstraliya, iyunun 19-da Paraqvay və iyunun 25-də ABŞ ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta