AZ

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.


Bizim.Media

Seçilən
10
20
bizim.media

10Mənbələr