AZ

Bloomberg: Hindistanla əlaqəli tanker Hörmüz boğazından keçməyə çalışır



Bloomberg agentliyinin məlumatına görə, Hindistanla əlaqəli supertanker Hörmüz boğazından keçməyə cəhd edir. Keçidin uğurlu olması halında bu, İranın dəniz blokadasının başlanmasından sonra Hindistanla bağlı bir tankerin boğazdan ilk keçidi olacaq. Dəniz izləmə məlumatlarına əsasən, Marşal adaları bayrağı altında üzən və təxminən 45 min ton mayeləşdirilmiş neft qazı (LNG) daşıyan "Sero Şakti" adlı gəmi şənbə günü şimala doğru hərəkət edərək İranın Lark və Qeşm adaları yaxınlığından keçib və Oman dənizi istiqamətində irəliləyib. Bildirilir ki, böyük qaz tankeri əvvəllər Fars körfəzi ilə Hindistan limanları arasında müntəzəm reyslər həyata keçirib. İRADƏ
Seçilən
34
12
baki-xeber.com

10Mənbələr