AZ

Səfir: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib.

"Azərbaycan Prezidenti Administrasiyasının dəvəti əsasında diplomatik korpusun nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə səfər həyata keçirilib. Regionda gedən bərpa işlərinin yüksək tempi Ukrayna üçün olduqca faydalı bir təcrübədir. Səfər çərçivəsində, həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb", - deyə paylaşımda qeyd olunub.

Seçilən
12
2
publika.az

3Mənbələr