AZ

Polislər genişmiqyaslı əməliyyat keçirdilər: 198 nəfər saxlanıldı

Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində mütəşəkkil cinayətkar qruplaşmalara ağır zərbə endirilib. Nazirlikdən verilən məlumata görə, 16 bölgədə 16 fərqli mütəşəkkil cinayətkar dəstəyə qarşı aparılan əməliyyatlarda hesablarında 3.5 milyard TL (təxminən 131 mln. manat) köçürmələr qeydə alınan 198 şübhəli ələ keçirilib. Rəsmi açıqlamada bildirilir ki, şübhəlilər sosial şəbəkələr vasitəsilə "investisiya məsləhətçiliyi" adı altında vətəndaşları aldadıb, müəssisələrdən təzyiq və hədə-qorxu yolu ilə qanunsuz gəlir əldə etməyə cəhd göstəriblər.

Seçilən
36
4
publika.az

10Mənbələr