Mədəniyyət naziri Adil Kərimli Xalq artistləri Firəngiz Mütəllimova və Gülyaz Məmmədovanı ad günü münasibətilə təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, nazir aktrisa və müğənniyə gül dəstəsi göndərib.
F.Mütəllimova hədiyyəsini paylaşaraq "Çox sağ olun. Sizə diqqət və qayğınıza görə təşəkkürümü bildirirəm. Var olun" sözlərini yazıb.
G.Məmmədova "Doğum günüm münasibətilə ünvanladığınız səmimi təbrikə və göndərdiyiniz çiçəklərə görə sizə öz minnətdarlığımı bildirirəm. Göstərdiyiniz diqqət və qayğı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu cür dəyərli münasibəti daim hiss etmək mənə böyük mənəvi güc verir, sənət yolunda fəaliyyətimi və Azərbaycanımızın incəsənətinə xidmətimi daha yüksək məsuliyyət və qürurla davam etdirməyə ruhlandırır" deyə, təşəkkür paylaşımında yazıb.(Axşam.az)
"Cebheinfo.az"