AZ

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Bir zamanlar futbol dünyasında ulduz kimi parlayan Qonzalo İquain yeni fotosu ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media “publika.az”a istinadən xəbər verir ki, hər şey bir yeniyetmənin onunla foto çəkdirməsindən sonra baş verib.

O, "Real", "Yuventus" kimi klublarda forma geyinmiş əfsanə ilə mağazalardan birində rastlaşıb.

Gənc argentinalı məşhurdan foto çəkdirməyi xahiş edib və sonradan onu sosial şəbəkələrdə paylaşıb. Foto qısa zamanda məşhurlaşıb və hər kəs eynu sualı yazıb:

"Hiquain, sənə nə olub belə?!".

Qeyd edək ki, Argentina millisində də çıxış etmiş İquainin sonuncu klubu ABŞ-ın “İnter Mayami” olub.

O, karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb.

Qonzalo 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib.


Bizim.Media

Seçilən
23
41
bizim.media

10Mənbələr