AZ

İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək

İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir mayın 4–8-də Azərbaycana rəsmi səfər edəcək.Bu barədə IsDB-dən məlumat verilib.

Səfər 2026-cı il iyunun 16–19-da Bakıda keçiriləcək IsDB Qrupunun illik toplantısı ərəfəsində baş tutacaq.

Bankın məlumatına görə, səfərin məqsədi Azərbaycan ilə əməkdaşlığı gücləndirmək və “Davamlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş tədbirə hazırlıqları irəlilətməkdir.

Səfər çərçivəsində Əl-Casir dövlət rəsmiləri ilə görüşlər keçirəcək və strateji müzakirələrdə iştirak edəcək.

Proqrama əsas maraqlı tərəflərlə görüşlər, həmçinin Ələt Azad İqtisadi Zonası, Ağdam Sənaye Parkı, Qarabağ Universiteti və Füzuli rayonunda yerləşən təhsil müəssisələrinə səfərlər daxildir.

Gözlənilir ki, səfər IsDB ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın genişlənməsinə və Bakıda keçiriləcək illik toplantıya hazırlıqlara əlavə təkan verəcək.

Seçilən
29
3
anews.az

5Mənbələr