AZ

Culfa rayonunda kanaldan meyit tapılıb - YENİLƏNİB

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanaldan aşkarlanan meyitin kimliyi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, aşkarlanan meyit Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokrorluğunda araşdırma aparılır.

Qeyd edəki ki, cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15:53

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bu barədə APA-nın Naxçıvan bürosuna FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
34
24
apa.az

10Mənbələr