AZ

Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı son bir il ərzində demək olar ki, iki dəfə artıb".

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən "Study in Kazakhstan" beynəlxalq təhsil sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, oxşar sərgi ötən ilin mart ayında keçirilmişdi və artıq bu gün onun praktiki nəticələrini müşahidə etmək mümkündür.

"Cəmi bir il ərzində Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfə artıb. Biz hesab edirik ki, bugünkü sərgi bu göstəricinin daha da artmasına öz töhfəsini verəcək", - o qeyd edib.

Səfir ölkələr arasında təhsil əməkdaşlığının inkişafının vacibliyini vurğulayaraq qeyd edib ki, Qazaxıstan tədricən böyük regional təhsil habına çevrilir.

Onun sözlərinə görə, Qazaxıstan universitetləri əcnəbi tələbələri fəal şəkildə cəlb edir, onların beynəlxalq reytinqlərdəki mövqeləri isə möhkəmlənməkdə davam edir:

"Bu, ölkə rəhbərliyinin sistemli siyasətinin və aparıcı xarici ali məktəblərlə tərəfdaşlığın genişləndirilməsinin nəticəsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
baku.ws

2Mənbələr