AZ

Azərbaycanda bank depozitləri il ərzində 3 % artıb

Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 660,2 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % az, ötən il aprelin 1-nə nisbətən isə 2,9 % çoxdur.

Depozit portfelinin 48,2 %-i, yaxud 20 milyard 086,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 7,1 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 12,5 % artaraq 16 milyard 960,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 612,9 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 411,3 milyon manatı (1 il əvvələ nisbətən 4,4 % az) qısamüddətli, 19 milyard 248,8 milyon manatı (12,9 % çox) isə uzunmüddətli olub.

Seçilən
8
4
bakivaxti.az

5Mənbələr