Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.
Publika.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
"53 yaşlı Yelena küçəni qadağan olunmuş yerdən keçərkən "Toyota" markalı avtomobilin sürücüsü vaxtında əyləcə basa bilməyib və onu vurub", - deyə kanal yazıb.
Kanalın məlumatına görə, aktrisanın həyat yoldaşı onun ölümünü təsdiqləyib.