AZ

"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən R. Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

*** 14:13

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.

R.Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

*** 11:00

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 finalda Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Seçilən
15
13
far.az

10Mənbələr