AZ

Türkiyənin vitse-prezidenti İrəvana gedir - SƏBƏBİ...

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də İrəvan şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində ölkəsini təmsil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumata görə, “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, regional əlaqələrin inkişafı, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Sammit çərçivəsində regional proseslər, qlobal çağırışlar və beynəlxalq gündəmdə yer alan aktual məsələlərin də gündəmə gətiriləcəyi bildirilir.

Qeyd olunur ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistan paytaxtına bu səviyyədə həyata keçirilən ilk rəsmi səfər kimi tarixə düşəcək.

Son illərdə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən diplomatik təmaslar müşahidə olunsa da, tərəflər arasında tam siyasi münasibətlər hələ bərpa edilməyib. Bu baxımdan Türkiyə vitse-prezidentinin Ermənistan səfəri regionda diqqətlə izlənilən mühüm siyasi hadisə hesab olunur.

Musavat.com

Seçilən
29
35
musavat.com

10Mənbələr