AZ

İran rəsmisi: ABŞ və İsrailin zərbələri nəticəsində azı 4 min nəfər həyatını itirib

BAKI, 2 may. TELEQRAF

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 4 min nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi məlumat verib.

Onun sözlərinə görə, çox sayda dinc sakini öldürülüb:

“İki dəfə qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəbə hücum edilib və nəticədə 175 günahsız uşaq həyatını itirib. Heç kim deyə bilməz ki, bu, səhv idi”, – deyə o bildirib.

İlahı əlavə edib ki, indiyədək 100 mindən çox ev dağıdılıb, 50-dən çox xəstəxana və 25 universitetə ziyan dəyib, 40 mindən çox mülki şəxs yaralanıb.

“Həmçinin körpülər, ictimai yerlər, laboratoriyalar və müxtəlif müəssisələr dağıdılıb”, – deyə İlahı vurğulayıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr