ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda yaşananlar müzakirə olunub.
"Qarabağ" klubu 8000 manat cərimələnib. Buna Ağdam təmsilçisinin azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.
"Neftçi" isə beş futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ödəyəcək.
Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzaraq çempionluq mübarizəsini dayandırıb.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.