AZ

Zukerberq “Meta”dakı kütləvi ixtisarların səbəbinə aydınlıq gətirib

"Meta"nın rəhbəri, amerikalı milyarder Mark Zukerberq şirkətdə aparılan kütləvi ixtisarların səbəbinə aydınlıq gədirib.

Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.

Zukerberq etiraf edib ki, şirkəti kapitalın yönləndirilməsində hesablayıcı güclərə fokuslanır. O, yeni ixtisarların aparılacağını istisna etməyib.

"Meta" rəhbəri əməkdaşlara bildirib ki, şirkətin iki əsas xərc istiqaməti var: süni intellekt infrastrukturu və insan resursları. Hesablamalara nə qədər çox vəsait ayrılırsa, insanlar üçün bir o qədər az vəsait qalır.

İxtisarlara artıq bu aydan başlanacaq və bütün personalın təxminən 10 faizini əhatə edəcək. Zukerberq bunun son ixtisar dalğası olacağına zəmanət verməyib: onun sözlərinə görə, süni intellektin inkişafı və hesablama gücünə tələbat çox sürətlə dəyişir.

Qeyd edək ki, bu yaxınlarda süni intellekt xərclərinin kəskin artımı fonunda "Meta"dan 8 minə yaxın əməkdaşın ixtisar olunacağı ilə bağlı məlumat yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
5
olaylar.az

6Mənbələr