AZ

Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib

Misli Premyer Liqasında XXX tura start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

"Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Seçilən
28
7
far.az

10Mənbələr