AZ

Türkiyənin yeni silahı "Şahed" dronunu BELƏ MƏHV ETDİ - VİDEO

Türkiyənin "Roketsan" şirkəti tərəfindən hazırlanan ALKA lazer silah sistemi sınaqlar zamanı böyük uğura imza atıb.

Musavat.com xəbər verir ki, keçirilən atəş sınaqları zamanı lazer sistemi "Şahed-136" analoqu olan kamikadze dronu uğurla sıradan çıxarıb.

Sınaqlar çərçivəsində ALKA hədəfi uzaq məsafədən təsbit edərək yüksək enerjili lazer şüası ilə zərərsizləşdirib. Bu sistem həm pilotsuz uçuş aparatlarına (PUA), həm də müxtəlif yerüstü partlayıcı hədəflərə qarşı effektiv müdafiə vasitəsi kimi nəzərdə tutulub. Mütəxəssislər lazer texnologiyasının müasir müharibələrdə dron təhlükəsinə qarşı ən ucuz və təsirli metodlardan biri olduğunu vurğulayırlar.

ALKA-nın bu uğuru Türkiyənin müdafiə sənayesində yeni nəsil silahların tətbiqi istiqamətində mühüm addım hesab olunur.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr