AZ

Xəzərdə soyğunçuluq edən şəxs həbs olundu



Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs bir nəfərin cibindən pul, bank kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət göstərə bilmədiyi bildirilir.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Seçilən
24
2
baki-xeber.com

3Mənbələr