Müğənni bacılar Sevil və Sevinc Səfərovalar paylaşımı ilə diqqət çəkiblər.
Publika.az xəbər verir ki, Rusiyada olan bacılar ölümlə üz-üzə gəldiklərini bildiriblər. Onlar qeyd ediblər ki, müharibənin tam ortasında qalıblar:
"Çox şükür... Bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımdadır. Alovların içindən keçdiyimiz o anlar gözümün önündən getmir. Hər saniyə sanki son anımız kimi idi. Oradan sağ çıxmaq artıq şans deyil, bu, Allahın bizə verdiyi ikinci həyatdır.