AZ

Rusiya Silahlı Qüvvələri Ukraynada iki enerji obyektinə ciddi ziyan vurub

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya qoşunları Ukraynanın Xarkov və Zaporojye vilayətlərindəki qaz obyektlərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Naftoqaz" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski "Facebook" sosial şəbəkə hesabında bildirib.

"İkinci sutkadır ki, Rusiya qoşunları "Naftoqaz"ın kritik infrastrukturuna hücum edir. Dünən Xarkov vilayətində qaz hasilatı obyekti atəşə tutulub, avadanlıqlar zədələnib. Şirkətin mütəxəssisləri hadisə yerində işləyir, nəticələrin qiymətləndirilməsi davam edir.

Bu gün aviabombanın düşməsindən sonra Zaporojye vilayətində qaz kəməri zədələnib. Abonentlərin bir qismi qaz təchizatından müvəqqəti məhrub olub. Təmir xidmətləri hərbçilərlə fəaliyyətlərini əlaqələndirir və təhlükəsizlik şəraiti imkan verən kimi fəsadların aradan qaldırılmasına başlanılacaq", - o yazıb.

Koretskinin sözlərinə görə, Dnepropetrovsk vilayətinin bu gün atəşə tutulması nəticəsində enerji şirkətinin işçilərindən biri yaralanıb. Ona lazımi tibbi yardım göstərilir.

"2026-cı ilin əvvəlindən mayın 2-dək "Naftoqaz"ın obyektlərinə 99 dəfə hücum olunub", - İdarə Heyətinin sədri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
azpolitika.info

10Mənbələr