AZ

Vaşinqtonla və Berlin arasında İran böhranı... Trampdan sürpriz qərar – 5 min ABŞ əsgəri Almaniyadan çıxarılır...



ABŞ prezidenti Donald Tramp müttəfiqləri ilə gərginliyi hərbi sahədə də hiss edilməyə başlanıb. Bir müddət əvvəl Tramp ABŞ qoşunlarını Avropadan, xüsusilə də Almaniyadan çıxarmaq planlarını açıqlamışdı. Açıqlanan son məlumatlara görə, ABŞ administrasiyası Almaniyadan 5000 əsgərin çıxarılması barədə qərar qəbul edib.

Iki ölkə arasında günlərdir davam edən gərginliyin ardından, Pentaqon ABŞ-ın NATO müttəfiqi olan Almaniyada qoşunların sayını azaldacağını açıqlayıb. Qoşunların Almaniyadan geri çəkilməsinin 6-12 ay ərzində başa çatdırılması planlaşdırılır. Buraya döyüş qüvvələrinin geri çəkilməsi, eləcə də əvvəlki administrasiya dövründə planlaşdırılan batalyon yerləşdirilməsinin də ləğvi daxildir.

Təxminən 35 min ABŞ əsgəri yerləşdiyi Almaniyada, Amerikanın Avropadakı ən vacib hərbi bazalarından biri hesab edilir. Buna görə də, bu qərarın NATO daxilində güc balansına və regional təhlükəsizliyə təsiri ciddi müzakirələrə yol açıq.

Digər tərəfdən, ABŞ-ın İranla müharibəni dəstəkləməyən bəzi NATO ölkələrinə qarşı sanksiya variantlarını nəzərdən keçirdiyi iddia edilir. Tramp İtaliya və İspaniyadakı ABŞ qoşunlarının da statusunun yenidən nəzərdən keçirilə biləcəyini bildirib.

ABŞ və Avropa arasında dərinləşən böhran fonunda Almaniyadan qoşunları geri çəkmək qərarı transatlantik münasibətlərdə yeni bir gərginlik mənbəyi kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, bu addım ABŞ və Avropa arasında etimad məsələlərini artıra və Avropa ölkələrini müdafiə xərclərini artırmağa vadar edə bilər.

Tahir TAĞIYEV

Seçilən
50
8
baki-xeber.com

10Mənbələr