AZ

İlon Maskın dodaq uçuqladan MAAŞI

İlon Maskın 2025-ci il üçün Tesla şirkətindəki mümkün maaşı on ikirəqəmli rəqəmə çata və 158 milyard dollar təşkil edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Times" nəşri təşkilatın tənzimləyici hesabatına istinadla məlumat yayıb.

Söhbət kompensasiya müqaviləsi çərçivəsindəki tranşdan gedir ki, həmin razılaşmaya əsasən səhmdarlar dünyanın ən zəngin adamının tələb etdiyi bir trilyon dollarlıq ödənişlə razılaşıblar.

Bununla belə, faktiki məbləğ hədəf göstəricilərinin yerinə yetirilməsindən asılıdır. Mükafatın birinci hissəsini almaq üçün Maskın rəhbərlik etdiyi "Tesla"nın kapitallaşmasını 1,2 trilyon dollardan 2 trilyon dollara çatdırmaq lazımdır. Tam paketi əldə etmək üçün isə kapitallaşma 8,5 trilyon dollara çatmalı, həmçinin robotların və pilotsuz taksilərin kütləvi istehsalı təmin edilməlidir.

Seçilən
14
publika.az

1Mənbələr