AZ

İran XİN-dən AÇIQLAMA: "Tehran hər iki ssenariyə hazırdır!"

İran müharibəni dayandırmaq üçün hazırladığı planı Pakistan tərəfinə təqdim edib və artıq növbəti addımı Vaşinqton atmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehrandakı xarici ölkə səfirləri ilə görüşündə bəyanat verib.

“İran İslam Respublikası ona qarşı başladılan müharibəni qəti şəkildə dayandırmaq məqsədilə öz planını vasitəçi qismində Pakistana təqdim edib. İndi top Amerika tərəfindədir: onlar ya diplomatiya yolunu, ya da qarşıdurma xəttini davam etdirməyi seçməlidirlər”, - deyə Qəribabadi bildirib.

Nazir müavininin sözlərinə görə, Tehran hər iki ssenariyə, o cümlədən mümkün hücumların dəf edilməsinə tam hazırdır, lakin milli maraqlardan çıxış edərək danışıqlara sadiqliyini qoruyub saxlayır. Bununla belə, İran rəsmisi Vaşinqtonun niyyətlərinə etimadın olmadığını da xüsusi vurğulayıb.

Qeyd edək ki, Qəribabadi səfirlərlə geniş tərkibdə görüşdən əvvəl Rusiya və Çin səfirləri ilə üçtərəfli danışıqlar aparıb.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr