AZ

Nadir xəstəlik...

...ABŞ-ın Florida ştatında 36 yaşlı Erika Meys əlil arabasına məhkum edilmiş və bədənin aşağı hissəsinin iflici səbəbindən ixtisaslaşmış qocalar evinə köçürülmüşdü.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Murror yazır.

..Hadisədən əvvəl keçmiş idmançı və gimnastika məşqçisi son dərəcə aktiv həyat tərzi sürüb, sörf və rəqsdən həzz alırdı. Lakin, asılılıq problemləri və evsizlik dövrü də daxil olmaqla, bir sıra həyat çətinlikləri onun sağlamlığına xələl gətirib. Bundan əlavə, qadının onurğası nadir bir xəstəlikdən təsirlənmişdi.

Faciəyə qədər baş verən hadisələri danışan amerikalı qadın qeyd edib ki, iflicdən bir neçə gün əvvəl o, ağır halsızlıq, qızdırma və üşütmə hiss edib.

Uzun müddət küçələrdə yaşadıqdan sonra evsizlər üçün sığınacaqda olarkən yatmağa gedib ayaqlarını tərpədə bilməyərək oyanıb.

Xəstəxanada həkimlər onurğa beynini sıxan toxumanın iki düymlük irinli iltihabını diaqnoz ediblər.

Səbəb qan dövranına daxil olan və toxuma zədələnməsinə səbəb olan Staphylococcus aureus infeksiyası olub.

...Məndən ayaq barmaqlarımı tərpətməyimi istədilər, amma bacarmadım, - deyə Erika xatırlayır.

Meys indi özündən on illər böyük insanların əhatəsində yaşayır. Dərin depressiya yaşamasına baxmayaraq, indi özünü daha yaxşı hiss edir.

Ayağında hissiyyatını bərpa etməyə başlayıb və tualetdən necə istifadə etməyi və yatağına necə keçməyi yenidən öyrənib.

...Və Erika hekayəsini sosial mediada paylaşmağa başlayıb və minlərlə insandan dəstək alıb. O, bir gün ev sahibi olmağı və qızı ilə münasibətlərini bərpa etməyi ümid edir.

Əli Babayev

Seçilən
26
sia.az

1Mənbələr