Şəkidə iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb.
"Unikal"ın bölgə müxbirinin məlumatına görə, bu gün saat 19 radələrində Şəki şəhəri ərazisində “Daewo” və “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə “Daewo”nun sürücüsü, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova xəsarət alaraq, Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Seymur Əli