AZ

Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi AÇIQLAMA

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Muaytay Federasiyasının 1 may 2026-cı il tarixində keçirilmiş Konfransının qərarının ləğvi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Unikal"ın məlumatına görə,  Araz Musayev tərəfindən əvvəlcə Yasamal Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsində qaldırılan iddialar təmin edilməyərək rədd edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim olunan kassasiya şikayətinə də baxılıb və rədd edilib. Bununla da, sözügedən Konfransın və həmin tarixdə keçirilmiş seçkilərin qanuni olduğu son məhkəmə instansiyası tərəfindən də təsdiqlənib.

Qərardan sonra Azər Həsənsoy və onun komandası rəsmən tanınıb. 

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Araz Musayev isə bildirib ki, Azər Həsənsoy ilə bağlı məsələlər qanunvericilik çərçivəsində müzakirə olunur:

"Azər Həsənsoyun keçirdiyi iclas sayt üzərindən keçirilib və bununla bağlı videomaterialları da təqdim edə bilərəm. 

İclas zamanı yetərsayın olmadığı, tədbirin onlayn formatda və çayxanada keçirildiyi və iştirak edən şəxslərin böyük əksəriyyətinin Muaytay Federasiyasına aid olmadığı aydın görünür. Belə ki, iclasda iştirak edənlərdən cəmi 7 nəfər federasiya ilə əlaqəli olub. Onların da hansı əsaslarla iştirak etdiyi sual doğurur. Bu şəxslərin bəziləri yalnız müəyyən vəzifələrlə bağlı dəvət olunublar.

Yetərsayın olmamasına baxmayaraq, iclasın keçirilməsi və qərarların qəbul edilməsi ciddi şübhələr yaradır. Bu prosesin kimlər tərəfindən yönləndirildiyi də araşdırılmalıdır.

Bundan əlavə, məhkəmə prosesi zamanı mənim xəstəxanada olduğum bir dövrdə qərar qəbul edilib. Daha sonra isə Azər Həsənsoy Türkiyədə müalicə aldığı müddətdə iclasın nəticələri onun xeyrinə rəsmiləşdirilib və bu proses bu gün də davam edir". 

Gülayə Mecid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
5
unikal.az

6Mənbələr