AZ

Hazırda “Real”ın cavan hücumçusunun 10-dan çox “müştəri”si var

“Real”ın hücumçusu Qonsalo Qarsiya transfer bazarında böyük maraq doğurub.

Əsas heyətdə yer qazanmaqda çətinlik çəkən 22 yaşlı forvard digər klublarda özünü göstərmək şansı əldə edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçuya 10-dan çox klub maraq göstərir.

Daha əvvəl onun transferi ilə Dortmund “Borussiya”sı, “Yuventus”, “Roma” və İngiltərə Premyer Liqası təmsilçilərinin maraqlandığı bildirilmişdi.

Seçilən
33
sportinfo.az

1Mənbələr