Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mayeləşdirilmiş təbii qazı daşıyan "MT Sarv Shakti" tankeri Hürmüz boğazını keçib.Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "ANI" agentliyi məlumat yayıb.Marşall adaları bayrağı altında üzən gəmi Hindistanın şərqindəki Vişakhapatnam limanına doğru hərəkət edib. Gəmi 46 min tondan çox mayeləşdirilmiş təbii qaz daşıyır.Gəminin göyərtəsində 20 heyət üzvü var. Onlardan 18-i Hindistan vətəndaşıdır.Yükün qəbul edicisi dövlətə məxsus "Indian Oil Corporation" şirkətidir.Tanker fevralın əvvəlində Fars körfəzi akvatoriyasına daxil olub və Dubay sahillərində yükü qəbul edib.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.