AZ

ABŞ səfirliyi Füzuliyə səfərlə bağlı açıqlama yaydı

Füzulidə olduğu müddətdə müvəqqəti işlər vəkili Karlon yenidən məskunlaşmış yaşayış məhəlləsinə, DOST Mərkəzinə və yerli orta məktəbə baş çəkərək, yerli icmaların bərpasında infrastrukturun, təhsilin və sosial xidmətlərin rolunu vurğulayıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, onun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir.

AzPost.az

Seçilən
3
8
azpost.info

9Mənbələr