AZ

İsrail ordusu Qəzzanın cənubunda üç silahlını öldürüb

BAKI, 2 may. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının cənubunda üç silahlının öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Şənbə günü Qəzza zolağının cənubundakı qoşunlar Sarı Xətti keçən dörd terrorçunu müəyyən ediblər. Onları müəyyən etdikdən sonra qoşunlar təhlükəni aradan qaldırmaq üçün terrorçulara atəş açıblar. Üç terrorçu öldürülüb. Digəri isə yaralanıb", - deyə açıqlamada bildirilir.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr