AZ

“Sabah”ın onu transfer etmək istədiyini bilmirəm, əgər razılığa gəlsək…”

“Sabah” Timoteuş Puxaçın transferi üçün Almaniya II Bundesliqa təmsilçisi “Holştayn Kiel”ə müraciət etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolinfo.az-a alman klubunun idman direktoru Olaf Rebbe məlumat verib.

O bildirib ki, Azərbaycan klubu istəsə, bu barədə danışıq apara bilərlər:

“Hazırda onlar tərəfindən müraciət yoxdur. Ümumiyyətlə, onu transfer etmək istədiklərini də bilmirəm.

Əgər istəsələr, razılaşmadan asılıdır. Transfer məbləği ilə bağlı razılığa gəlsək, ola bilər”.

Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 23 oyun keçirib.

Seçilən
41
sportinfo.az

1Mənbələr