AZ

"Səsimizi çıxarmadıqca “Sumqayıt”ı əzmək fikri yaranır"

“Bu vaxta qədər klub olaraq hakimliklə bağlı genişmiqyaslı etirazımız olmayıb”.

"Football-plus.az" xəbər verir ki, “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev “Kəpəz”lə matçdan (1:2) sonra hakimliklə bağlı danışıb.

Klub rəsmisi bununla bağlı etiraz bildirəcəklərini deyib.

“Əvvəl də bizə qarşı haqsız qərarlar olub. Amma biz buna həmişə “hakim də insandı, səhv edər” aspektindən yanaşmışıq. Amma bu hallar üst-üstə təkrarlananda təbii vəziyyətdən çıxır. Etiraz etmədikcə, səsimizi çıxarmadıqca “Sumqayıt”ı əzmək fikri yaranır. Klub olaraq açıq və əsaslı şəkildə etirazımızı bildirəcəyik”.
Seçilən
27
5
football-plus.az

6Mənbələr