AZ

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Texasın 70-dən çox sakini milyarder İlon Maska məxsus "Space Exploration Technologies" ("SpaceX") şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Onlar iddia edirlər ki, "Starship" raketlərinin buraxılışı və enişi zamanı yaranan səs-küy və vibrasiya "Starbase" poliqonunun yaxınlığında yerləşən evlərinə ziyan vurub.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

Məhkəmə iddiası mayın 1-i Texas ştatının Braunsvill şəhərindəki federal məhkəməyə təqdim edilib.

İddiada bildirilir ki, 2023-cü ilin aprelindən 2025-ci ilin oktyabrınadək olan müddətdə "SpaceX" tərəfindən həyata keçirilən 11 sınaq uçuşu zamanı evlərə və digər əmlaka ziyan dəyib.
 

Şirkət "Starship" kosmik gəmisinin sınağı, buraxılışı və enişi zamanı ətraf əraziləri dəfələrlə həddindən artıq böyük miqdarda akustik enerjiyə, o cümlədən səs-küy, vibrasiya və səs zərbələrinə məruz qoyub, - bəyanatda qeyd olunub.


"SpaceX" illərdir Cənubi Texasın sahil zonasını geniş bir sənaye kompleksinə çevirməklə məşğuldur. "Starbase" kompleksi raketlərin irimiqyaslı istehsalını dəstəkləmək üçün layihələndirilib.

İddiada vurğulanır ki, "Starship" 16 milyon funtdan çox itələmə gücünə malikdir ki, bu da NASA-nın müasir kosmik sistemindən demək olar ki, iki dəfə çoxdur.

"Starship" gəmisi və "Super Heavy" raketi təkrar istifadə edilə bilən nəqliyyat sistemi kimi hazırlanıb. Onların ümumi hündürlüyü təxminən 120 metrdir.

Bəyanatda şirkətin uçuşların ətrafdakı yaşayış evlərinə təsirini lazımi qaydada araşdırmadığı və əmlaka ziyan vurmasına baxmayaraq raketləri buraxdığı bildirilir. İddiada həmçinin deyilir ki, "SpaceX" risklərdən xəbərdar olsa da, digər şəxslərin, o cümlədən iddiaçıların hüquqlarına, təhlükəsizliyinə və rifahına qəsdən etinasızlıq göstərərək buraxılışları davam etdirib.


Bizim.Media

Seçilən
48
1
bizim.media

2Mənbələr