AZ

KİV: ABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ili üçün büdcəyə yeni güclü bunker əleyhinə nüvə başlıqlı bombanın hazırlanması məqsədilə milyonlarla dolların daxil edilməsini xahiş edib.

Bu barədə "The War Zone" portalı məlumat yayıb.

Məlumata görə, söhbət yeraltı obyektləri və bunkerləri məhv etmək üçün nəzərdə tutulan "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) sistemindən gedir.

Layihə üçün təxminən 100 milyon dollar ayrılması planlaşdırılır.

Qeyd olunur ki, bu sistem ABŞ prezidentinə dərinlikdə yerləşən hədəflərə qarşı əlavə nüvə imkanları verəcək.

Silahın hazırkı inkişaf mərhələsi açıqlanmır.

Seçilən
115
8
apa.az

10Mənbələr