AZ

Bunkerlər ABŞ-ın HƏDƏFİNDƏ

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ili üçün büdcəyə nüvə başlıqlı yeni bunker əleyhinə bombanın hazırlanması məqsədilə vəsait daxil edilməsini xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə The War Zone (TWZ) portalı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət bunkerləri və digər yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulmuş "Nuclear Deterrent System-Air-delivered" sistemindən gedir. Qurum layihə üzərində işləmək üçün təxminən 100 milyon dollar almağı planlaşdırır.

TWZ xatırladır ki, ABŞ Silahlı Qüvvələrinin arsenalında olan yeganə nüvə aviabombası B61-11-in döyüş hissəsinin gücü 340-dan 400 kilotonna qədərdir.

Seçilən
2
8
publika.az

10Mənbələr