AZ

KİV: ABŞ bunkerləri dağıda bilən yeni nüvə silahı üzərində işləyir

BAKI, 3 may. TELEQRAF

ABŞ Energetika Nazirliyi nüvə başlığı olan yeni bunker bombasının hazırlanması üçün büdcədən milyonlarla dollar tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "The War Zone"(TWZ) məlumat yayıb.

Bildirilir ki, yeni silah bunkerləri və digər yeraltı hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bombanın hazırlanması üçün təxminən 100 milyon dollar tələb olunur. .

Nəşrdə hazırlanan bombanın mümkün gücü göstərilmir, lakin qeyd olunur ki, ABŞ Silahlı Qüvvələri ilə xidmətdə olan yeganə nüvə hava bombası olan B61-11-in döyüş başlığı gücü 340 ilə 400 kiloton arasında dəyişir.

Seçilən
27
7
teleqraf.com

10Mənbələr