AZ

Ərinin xəyanətini tutdu, reaksiyası MÜZAKİRƏ YARATDI VİDEO

ain.az bildirir, Milli.az portalına istinadən.

Sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərdə bir qadının ərini başqa qadınla birlikdə yaxaladığı anlar əks olunub. Lakin hadisədə ən çox diqqət çəkən məqam xanımın gözlənilməz dərəcədə soyuqqanlı davranması olub.

Belə ki, o, qalmaqal yaratmaq əvəzinə həmin qadına yaxınlaşaraq sanki yeni tanış olurmuş kimi sakit şəkildə görüşüb. Qısa söhbətdən sonra isə heç bir emosional reaksiya vermədən məkandan uzaqlaşıb.

Kadrlarda daha sonra ərinin təşviş içində qadının arxasınca qaçdığı, onu saxlamağa çalışdığı görünür.

Sözügedən video istifadəçilər arasında fikir ayrılığı yaradıb. Bəziləri qadının bu qədər təmkinli davranışını təqdir edərək bunu güclü iradə nümunəsi kimi qiymətləndirib. Digərləri isə belə vəziyyətdə daha sərt reaksiya verməyin normal olduğunu bildiriblər.

Görüntülər qısa müddətdə viral olaraq sosial mediada geniş yayılıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
44
news.milli.az

10Mənbələr