AZ

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir

Kiçik yarpaqları ilə tanınan cincilim kalori başına düşən vitamin və mineral sıxlığına görə ispanaq, kələm və brokkoli kimi məşhur rəqiblərini geridə qoyub.

Milli.Az xəbər verir ki, bu bitkini "super qida" edən əsas xüsusiyyətlər onun zəngin tərkibi ilə bağlıdır.

Yüksək C vitamini və bitki mənşəli birləşmələri sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.

Tərkibindəki antioksidantlar damar sağlamlığını dəstəkləyir və ürək xəstəlikləri riskini azaldır.

K vitamini anbarı olan cincilim sümükləri möhkəmləndirir, A vitamini və lutein isə görmə qabiliyyətini qoruyur.

Çox aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri təqdim etdiyi üçün pəhriz saxlayanlar üçün idealdır.

 

Necə istehlak edilməlidir?
Cincilim təbii su qaynaqlarının ətrafında yetişdiyi üçün gigiyena ən vacib məsələdir.

Təbiətdən toplanan cincilim bol su ilə çox yaxşı yuyulmalıdır, çünki çirkli su qaynaqlarından gələn bitkilər sağlamlıq üçün risk yarada bilər.

Mütəxəssislər maksimum fayda əldə etmək üçün onu çiy yeməyi tövsiyə edirlər.

Salatlara əlavə edilə bilər, sendviçlərin arasına qoyula bilər, şorba və ya "smoothie" reseptlərinə daxil edilərək dadlandırıla bilər.

Seçilən
5
3
day.az

4Mənbələr