Yubiley münasibətilə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə üzərində kəndir ilgəyi təsviri olan tort hədiyyə edilib.
Publika.az xəər verir ki, bu barədə 7-ci kanal məlumat yayıb.
Tortun dizaynı israilliləri qətlə yetirməkdə təqsirli bilinən fələstinlilər üçün ölüm hökmü haqqında qanunun qəbul edilməsinə həsr olunub. Qeyri-adi hədiyyəni ona həyat yoldaşı təqdim edib. Tortun kremli səthində "Nazir Ben-Qviri təbrik edirik" və "Bəzən arzular çin olur" sözləri yazılıb.